İran onları “persona non qrata” elan etdi

19 Avqust 2026 11:36

İran Tehrandakı Fransa səfirliyində çalışan iki fransız diplomatı "persona non qrata" (arzuolunmaz şəxs") elan edib və onların ölkəyə girişini qadağan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, diplomatlar milli təhlükəsizliklə bağlı araşdırma zamanı gizli görüş yerində yaxalanıb.

Tehran onların beynəlxalq hüququ, xüsusilə də 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozan fəaliyyətlər və qanunsuz davranışlarda iştirak etdiyini bildirib.

Qeyd edilib ki, hadisə ilə bağlı məlumatların ortaya çıxmasından bir neçə həftə keçməsinə baxmayaraq, Fransa hökuməti bu cür fəaliyyətlərin təkrarlanmaması üçün lazımi tədbirlər görməyib.

Bu səbəbdən İran Xarici İşlər Nazirliyi iki diplomatı "persona non qrata" elan etmək və onların İrana girişini qadağan etmək qərarına gəlib.

Qeyd edək ki, İran Kəşfiyyat Nazirliyi avqustun 15-də yaydığı açıqlamada iki fransız diplomatın milli təhlükəsizlik araşdırması çərçivəsində gizli görüş yerində saxlanıldığını bildirib.

Nazirlikdən qeyd edilib ki, hadisə yerində ələ keçirilən sənəd və materiallar İranın daxili işlərinə müdaxilə və ölkəyə təsir göstərməyə yönəlmiş genişmiqyaslı planın mövcudluğuna işarə edir.

İran tərəfi həmçinin bəzi sənədlərdə Fransanın Tehrandakı keçmiş səfirinin imzasının aşkarlandığını iddia edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)