İspaniyanın Qranada əyalətində ard-arda üç zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, təkanlar nəticəsində bəzi binalara ziyan dəyib, azı üç nəfər yüngül xəsarət alıb. Bir uşaq ehtiyat tədbiri olaraq xəstəxanaya yerləşdirilib.
Ən güclü zəlzələ Qranada şəhərindən 10 kilometr aralıda yerləşən Qocar şəhərində 4,7 bal gücündə qeydə alınıb. Təkanların ardınca Əlhambra Sarayının bəzi hissələrinə giriş məhdudlaşdırılıb, muzey və idman obyektləri bağlanıb.
Qranadada bir sıra hotellər təxliyə edilib, metro qatarlarının hərəkət sürəti isə azaldılıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)