Türkiyənin Trabzon vilayətində polis idarələrindən birinin həyətinə pilotsuz uçuş aparatı (PUA) düşüb.
Milli.Az xəbər verir ki, hadisə rayon polis idarəsinin binasının həyətində baş verib. Yerli administrasiyanın məlumatına görə, insident zamanı xəsarət alan olmayıb. Lakin dayanacaqda olan üç avtomobil zədələnib.
Məlumata əsasən, hadisə ilə bağlı araşdırma başladılıb. PUA-nın haradan havaya buraxıldığı və hadisənin hansı səbəbdən baş verdiyi hələlik müəyyənləşdirilməyib.
Hakimiyyət orqanları araşdırmanın nəticələri barədə əlavə məlumat verməyib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)