"Sabah" klubu bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.
Milli.Az xəbər verir ki, "bayquş"lar İsrailin "Hapoel Beer-Şeva" klubunun qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da Buxarestdəki "Quleşti" stadionunda keçiriləcək.
Qyd edək ki, bu cavab qarşılaşması avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
19 avqust
Saat 23:00, "Hapoel Beer-Şeva" - "Sabah".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)