ÇL: “Fənərbağça” "Lyon"la bacarmadı

19 Avqust 2026 08:55

Türkiyənin "Fənərbağça" komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Milli.Az xəbər verir ki, İstanbul klubu doğma meydanda Fransanın "Lyon" komandasını qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib və tərəflər meydanı 1:1 hesablı heç-heçə ilə tərk ediblər.

Pley-off mərhələsində daha iki qarşılaşma baş tutub. Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası öz meydanında Norveçin "Vikinq" klubu ilə qarşılaşıb. Bu görüşdə də komandalar qalib müəyyənləşdirə bilməyib - 2:2.

Digər oyunda isə Bolqarıstanın "Levski" (Sofiya) kollektivi Yunanıstan AEK-ini qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyunları avqustun 25-i və 26-da keçiriləcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)