Çində güclü zəlzələ oldu

19 Avqust 2026 09:07

Çinin şimalındakı Çinqhay vilayətində 5,9 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, zəlzələnin episentri Dunhuan şəhərindən 270 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)