Hacıqabulda 19 yaşlı qız avtomobildə öldürüldü

18 Avqust 2026 18:06

Hacıqabulda qətl törədilib.

Milli.Az xəbər verir ki, Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində minik avtomobilində 2007-ci il təvəllüdlü Zeynəb Qocayeva boyun nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdlü Cəfər Həsənov könüllü olaraq polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır./"Qafqazinfo"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)