Sabah çimərliklərə getmək istəyənlərin diqqətinə

18 Avqust 2026 18:54

Avqustun 19-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sabah Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zağulbada 24-25, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26 dərəcə isti olacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)