Bu gün İspaniyanın cənubunda 4,8 bal gücündə zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, zəlzələ nəticəsində üç nəfər xəsarət alıb, dağıntılar əmələ gəlib.
Milli Coğrafiya İnstitutunun məlumatına görə, zəlzələ saat 10:38 radələrində (09:38 GMT) baş verib və episentri Qranadadan altı mil cənubda yerləşən Alhendin şəhərində olub.
Təcili yardım xidmətləri çatlar və dağıntıların düşməsi barədə 50-dən çox zəng aldığını bildirib, rəsmilər isə yeraltı təkanlar barədə xəbərdarlıq ediblər.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)