Dənizdə batıb ölən Seymur Allahverdiyevin klipindəki görüntülər müzakirə yaratdı – (Video)

18 Avqust 2026 16:34

Xəbər verdiyimiz kimi, "Krosna" qrupunun solisti Seymur Allahverdiyev Buzovna qəsəbəsində dənizdə boğularaq vəfat edib.

Milli.Az xəbər verir ki, 1996-cı il təvəllüdlü sənətçinin meyiti dalğıclar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Seymur Allahverdiyevin ölümündən sonra onun vaxtilə çəkildiyi klipdəki görüntülər də sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Sözügedən klipdə sənətçinin canlandırdığı obraz, mahnının sözləri və görüntülər üzərinə izləyicilər tərəfindən yazılan şərh diqqət çəkib.

Klipdəki bəzi kadrların sənətçinin faciəvi ölümü ilə əlaqələndirilməsi sosial şəbəkə istifadəçiləri arasında müxtəlif fikirlərin səslənməsinə səbəb olub.

Həmin klipdən görüntüləri təqdim edirik:

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)