AFFA-da vəzifəli şəxslər işdən çıxarıldı

18 Avqust 2026 15:48

AFFA-da iki nəfər vəzifəsindən azad edilib.

Milli.Az Sport1.az-a istinadla xəbər verir ki, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov vəzifəsindən göndərilib.

Bundan başqa federasiyanın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov da qurumdan uzaqlaşdırılıb.

AFFA-dan verilən açıqlamada məlumat təsdiq olunub.

Onların hansı səbəbdən vəzifəsindən azad olunduğu barədə məlumat yoxdur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)