Bir vaxtlar Türkiyənin "Fənərbağça" klubunda oynamış braziliyalı futbol əfsanəsi Roberto Karlosla bağlı diqqətçəkən iddia yayılıb.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, 53 yaşlı keçmiş futbolçu İslam dinini qəbul edib. İddia Roberto Karlosun dini inancları ilə bağlı müzakirələrə səbəb olub.
Lakin hazırda bu məlumatı təsdiqləyən rəsmi açıqlama yoxdur. Roberto Karlosun özü, ailəsi və ya nümayəndələri onun İslamı qəbul etməsi ilə bağlı hər hansı məlumat verməyib.
Bu səbəbdən iddianın həqiqiliyi hələlik təsdiqlənməyib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)