Müğənni Nazənin Salayeva həmkarı Afət Fərmanqızı ilə arasında uzun müddətdir davam edən qalmaqalla bağlı sərt açıqlamalar verib.
Milli.Az xəbər verir ki, sənətçinin bu dəfəki reaksiyasına Afətin onun ünvanına səsləndirdiyi fikirlər səbəb olub. Nazənin Salayeva mövzu ilə bağlı bloqer Sevincin sosial şəbəkədəki canlı yayımına qoşularaq emosional açıqlamalar verib.
Müğənni söhbət zamanı son günlər yaşadıqlarının onun üçün olduqca ağır olduğunu bildirib. O, həmkarının səsləndirdiyi fikirlərin mərhum ailə üzvlərinə toxunduğunu deyib:
"Bir həftədir nələr çəkdiyimi Allah bilir. Hamı yığır ki, 'bibi, bizi niyə aldadırsan?' O, bu sözləri mənim babam, atam üçün deyib. Ölən qardaşlarımın ruhunu narahat edir. Ölən qardaşlarımın ruhunu narahat edir. Sənin qardaşın mənim ölən qardaşlarımın yanına getsin. Artıq bezmişəm. Sənin oğlun qardaşlarımın yanına getsin. Bu sözləri niyə özünə dedizdirirsən? Artıq bezmişəm".
Nazənin həmkarının uzun müddətdir davam edən açıqlamalarından narazılığını ifadə edib və bu məsələnin niyə davam etdirildiyini anlamadığını bildirib.
"Bu qədər olmaz. Bu nə kindir, bu nə beyindir, belə yaşamaq olar? Bu qədər böhtan atmaqdan nə zövq alır? Üç balamın canına and içirəm ki, o, məndən qurtara bilməyəcək. İllərdir buna davam edir", - deyə müğənni bildirib.
Sənətçi Afət Fərmanqızının bu mövzudan sosial şəbəkələrdə gündəm və reklam məqsədilə istifadə etdiyini iddia edib. O, həmçinin həmkarının davranışlarının arxasında başqa şəxslərin ola biləcəyini düşündüyünü söyləyib:
"And-aman edir ki, sənə demirəm. Deyir ki, belə şeylərdən reklam tuturam, mənə toy gəlir. O, bədbəxt insandır. Düşünürəm ki, onu içəridən idarə edən var. Normal insan belə edə bilməz".
Nazənin Salayevanın emosional çıxışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənninin həmkarına ünvanladığı sərt ifadələrə Afət Fərmanqızının necə cavab verəcəyi isə maraq doğurur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)