Tanınmış müğənni Filipp Kirkorova Rusiyada 2028-ci ilin sentyabr ayınadək yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.
Milli.Az RİA Novosti-yə istinadən xəbər verir ki, qərar sənətçiyə məxsus iki şirkətin Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinə yanlış məlumat daxil etməsi ilə bağlıdır.
Məlumata görə, şirkətlərdən biri fəaliyyətini dayandırıb, digəri isə hüquqi ünvanını düzgün göstərməyib. Qadağa 18 sentyabr 2028-ci ilədək qüvvədə olacaq.
Eyni məhdudiyyət Kirkorovun keçmiş stilisti Arsen Ayrapetova da tətbiq edilib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)