Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

18 Avqust 2026 13:11

Azərbaycan Dəmir Yolları (ADY) QSC artan sərnişin tələbatını qarşılamaq üçün 19 və 21 avqust tarixində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

Bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, bu istiqamətlərə, eyni zamanda, Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

"Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz",-deyə qurumdan əlavə edilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)