Azərbaycanda müxtəlif dövlət qurumlarında iş axtaranlar üçün yeni vakansiyalar elan edilib. Vakansiyalar arasında bir sıra nazirliklərdə təklif olunan iş yerləri də var.
Milli.Az Valyuta.az-a istinadla xəbər verir ki, sözügedən vakansiyalar üzrə əməkhaqqı 3 700 manatdan çoxdur.
Vakansiya elan edilən nazirliklər və vakant yerlərin sayı aşağıdakı kimidir:
Mədəniyyət Nazirliyi - 1 vəzifə üzrə 1 yer;
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - 2 vəzifə üzrə 2 yer;
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 7 vəzifə üzrə 7 yer;
Energetika Nazirliyi - 2 vəzifə üzrə 2 yer;
Ekologiya və Təbii Sərvətlər Nazirliyi - 3 vəzifə üzrə 3 yer;
Gənclər və İdman Nazirliyi - 11 vəzifə üzrə 11 yer;
Müdafiə Sənayesi Nazirliyi - 3 vəzifə üzrə 3 yer.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)