Azərbaycanlı gənc Türkiyədə qəzaya düşdü - Vəziyyəti ağırdır - (Foto)

18 Avqust 2026 13:54

Türkiyənin İstanbul şəhərində azərbaycanlı motosiklet sürücüsünün ağır xəsarət aldığı yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə Böyükçəkməcə rayonunda qeydə alınıb. Məlumata görə, B.K.-nın idarə etdiyi yüngül kommersiya avtomobili eyni istiqamətdə hərəkətdə olan 29 yaşlı Azərbaycan vətəndaşı N.H.-nin motosikletinə çırpılıb.

Toqquşma nəticəsində motosiklet sürücüsü yola düşüb, avtomobil isə yol kənarındakı dirəyə çırpılıb. Qəza zamanı hər iki nəqliyyat vasitəsində olan ümumilikdə üç nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Motosiklet sürücüsü N.H. və avtomobilin sərnişininin vəziyyətinin ağır olduğu bildirilir. Onların müalicəsi davam edir.

Hadisənin səbəbləri araşdırılır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)