Demi Moor qızının toyundan ilk görüntüləri paylaşdı - (Foto)

18 Avqust 2026 17:37

Demi Moor qızı Tallulah Uillis-in toyundan şəxsi görüntüləri sosial şəbəkədə paylaşaraq "ürəyinin sevincdən daşdığını" bildirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə People məlumat yayıb.

Tallulah Uillis aktyor Brüs Uillis və Demi Moorun qızıdır. Onun toy mərasimi ailə üçün xüsusi hadisəyə çevrilib. Demi Moor paylaşdığı görüntülərdə qızının xoşbəxt anlarını izləyiciləri ilə bölüşüb və ailə üçün bu günün nə qədər önəmli olduğunu vurğulayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)