Xəbər verdiyimiz kimi, Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib.
Milil.Az xəbər verir ki, deportasiya edilməsinin videogörüntüləri yayılıb.
Bəxtiyar Həsənov bir müddət saxlanıldığı xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzindən hava limanına aparılıb və avqustun 17-də Rusiya Federasiyasından deportasiya edilib.
Qeyd edək ki, Moskvadakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovun Rusiya Federasiyası vətəndaşlığı ötən il ləğv olunub. Bu ilin iyun ayında o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)