Türkiyəli müğənni Can Bonomo və həyat yoldaşı, aktrisa Öykü Karayel Çeşmədə istirahət zamanı kameralara tuş gəlib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük Alaçatıda itlərini baytarlıq klinikasına aparıb. Daha sonra klinikadan motosikletlə ayrılan Can Bonomo və Öykü Karayelin qoruyucu dəbilqə taxmadığı diqqət çəkib.
Görüntülərdə motosikleti idarə edən Can Bonomonun hərəkət zamanı yük avtomobillərinin yanından sürətlə keçdiyi görünür.
Cütlüyün dəbilqəsiz motosiklet sürməsi sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb. Sözügedən görüntülər təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlı izləyicilər arasında narazılıq və müzakirələr yaradıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)