Frankfurt "Ayntraxt"ının hücumçusu Mişi Batşuayi Səudiyyə Ərəbistanının "Abha" klubu ilə müqavilə imzalayıb.
Milli.Az report-a istinadən xəbər verir ki, 32 yaşlı belçikalı futbolçu komandaya azad agent statusu ilə qoşulub.
M.Batşuayi 2025-ci ilin fevralından Almaniyanın "Ayntraxt" klubunda çıxış edib və keçirdiyi 21 matçda 4 qol vurub.
Qeyd edək ki, o, karyerası ərzində Türkiyənin "Qalatasaray", "Fənərbağça", "Beşiktaş", İngiltərənin "Çelsi", "Kristal Pelas", İspaniyanın "Valensiya", Almaniyanın "Borussiya" (Dortmund), Fransanın "Marsel" və Belçikanın "Standard" komandalarının da formasını geyinib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)