Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Milli.Az xəbər verir ki, hadisə nəticəsində 6-sı turist olmaqla 17 nəfər yaralanıb.
Yaralıların həyati təhlükəsinin olmadığı bildirilib.
Qəza ilə bağlı araşdırma aparılır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)