Məşhur türkiyəli müğənni Ümit Besenin qızı Ezgi Besen vəkil Yüksel Görkem Erbeklə ailə həyatı qurub.
Milli.Az xəbər verir ki, cütlük bundan əvvəl İstanbulda yaxınları üçün yaxtada toy mərasimi də təşkil edib. Həmin mərasimə ev sahibliyi edən Ümit Besen isə Bodrumda konsertdə olduğu üçün Ədirnədəki toya getmək üçün təyyarəsini qaçırıb və bu səbəblə o, qızının Ədirnədəki toyunda iştirak edə bilməyib.
Qeyd edək ki, ictimaiyyətin diqqətindən uzaq həyat sürən Ümit Besenin iki qızı var. Onun digər qızı Melis Besen Doğruer də atası ilə birlikdə ifa etdiyi duetlərlə tanınır.
Milli.Az