ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin həlli istiqamətində Omanın gördüyü işlərdən narazı olduğunu açıqlayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ lideri Omanın proses çərçivəsindəki fəaliyyətini müsbət qiymətləndirmədiyini bildirib. Tramp qeyd edib ki, Vaşinqton İranla bağlı məsələnin həllinin öhdəsindən asanlıqla gələ bilər.
"Mən onların özlərini çox yaxşı apardıqlarını düşünmürəm. Amma biz bunun öhdəsindən çox asanlıqla gələ bilərdik. Digər məsələlərin öhdəsindən gəldiyimiz kimi", - deyə Donald Tramp bildirib.
ABŞ Prezidenti bu fikirləri jurnalistin İranla münaqişənin nizamlanması prosesində Omanın maneə yaradacağı halda Vaşinqtonun bu ölkəyə zərbə endirib-endirməyəcəyi ilə bağlı sualını cavablandırarkən bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)