Su kanalından meyit tapıldı

18 Avqust 2026 09:30

Tovuz rayonunun Xatınlı kəndi ərazisində su arxından orta yaşlı kişi meyiti tapılıb.

Milli.Az xəbər verir ki, hadisə kəndin girişində qeydə alınıb. Məlumata görə, su arxında aşkarlanan şəxsin meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Ölən şəxsin 1986-cı il təvəllüdlü A.Müseyibov olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)