"Fənərbağça"nın yeni transferi Romelu Lukaku barədə maraqlı faktlar diqqət çəkib.
Milli.Az xəbər verir ki, belçikalı hücumçunu Türkiyəyə bağlayan səbəblər varmış.
İllər öncə ulduz oyunçunun atası Roqer Lukaku ("Genclerbirliği - 1996-1997), qardaşı Jordan Lukaku ("Adanaspor" - 2023-2024) və qohumu Boli Bolinqoli (Baçakşehir" - 2020-2021) Türkiyədə forma geyiniblər.
Sözügedən məlumat Türkiyə mediasında yayımlanıb və futbol azarkeşləri arasında maraq doğurub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)