Ülviyyə Namazova tələbə olan qızına 50 min manatlıq maşın hədiyyə etdi – (Video)

18 Avqust 2026 09:32

Müğənni Ülviyyə Namazova övladının tələbə adını qazanmasını xüsusi şəkildə qeyd edib.

Milli.Az xəbər verir ki, sənətçi bu münasibətlə qızına böyük sürpriz edərək ona "Hyundai Elantra" markalı avtomobil hədiyyə edib. Məlumata görə, avtomobilin təxmini dəyəri 40-50 min manat civarındadır.

Ülviyyə Namazova sevincini sosial media hesabında paylaşdığı görüntülərlə izləyiciləri ilə bölüşüb. O, övladının qazandığı uğurdan qürur duyduğunu bildirib.

Sənətçi qızına yeni təhsil həyatında uğurlar arzulayıb və bundan sonra daha böyük nailiyyətlər əldə etməsini diləyib.

Müğənninin qızına etdiyi bahalı sürpriz sosial şəbəkə istifadəçilərinin də diqqətini çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)