Astroloqların fikrincə, yaxın günlərdə bəzi bürclər üçün maliyyə baxımından daha əlverişli dövr başlayacaq. Gözlənilməz qazanc, yeni iş imkanı və ya əlavə gəlir mənbəyi bu bürclərin maddi vəziyyətinə müsbət təsir göstərə bilər.
həmin bürcləri təqdim edir.
Buğa
Buğalar üçün maddi baxımdan uğurlu günlər yaxınlaşır. İşdə əldə edilən nəticələr və gözlənilən ödənişlər onları sevindirə bilər. Uzun müddətdir planlaşdırdıqları bir alış-veriş və ya maliyyə məsələsini də həll etmək imkanları yarana bilər.
Şir
Şirlər qarşılarına çıxan yeni fürsəti düzgün dəyərləndirsələr, gəlirlərini artırmaq şansı əldə edə bilərlər. Xüsusilə əlavə qazanc gətirən təkliflərə diqqət yetirmələri tövsiyə olunur. Gözlənilməz bir pul xəbəri də gündəmə gələ bilər.
Tərəzi
Tərəzilər üçün maliyyə sahəsində rahatlama dövrü başlaya bilər. Gecikmiş ödənişin alınması, yeni əməkdaşlıq və ya əlavə gəlir imkanı onların büdcəsini gücləndirə bilər. Astroloqlar bu bürcə xərclərlə gəlirlər arasında balans yaratmağı tövsiyə edir.
Oğlaq
Oğlaqlar zəhmətlərinin qarşılığını almağa başlayacaqlar. İşlə bağlı yeni məsuliyyət və ya qazanc gətirən bir təklif onların maliyyə vəziyyətini yaxşılaşdıra bilər. Qarşıdakı dövrdə səbirli və planlı davranmaları əlavə üstünlük qazandıra bilər./Sfera.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)