Rusiyanın Kamçatka bölgəsində 5,4 bal gücündə zəlzələ olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Zəlzələnin episentri Petropavlovks-Kamçatskdan 94 kilometr aralıda, yeraltı ocağı isə 44 km dərinlikdə qeydə alınıb.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)