“Nyukasl” gürcü futbolçu üçün 47 milyon funt təklif edəcək

18 Avqust 2026 00:30

"Nyukasl" hücum xəttini gücləndirmək üçün İspaniyanın "Vilyarreal" komandasında çıxış edən Gürcüstan millisinin futbolçusu Jorj Mikautadzeni transfer etmək niyyətindədir.

Milli.Az xəbər verir ki, "Fichajes" nəşrinin məlumatına görə, İngiltərə klubu 25 yaşlı hücumçu üçün 47 milyon funt sterlinq məbləğində təklif göndərməyə hazırlaşır.

"Sağsağanlar"ın bu transferdə ciddi rəqabətlə üzləşəcəyi bildirilir. Belə ki, İspaniyanın "Barselona" klubu da gürcü futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Jorj Mikautadze 2025-ci ilin sentyabrında "Vilyarreal"a qoşulub. O, 2025/2026-cı illər mövsümündə La Liqada 13 qol vuraraq komandasının ən məhsuldar futbolçusu olub./AZƏRTAC

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)