Qardaşını xilas edərkən həyatını itirən Gülnaz vağzalı ilə dəfn olundu - (Video)

17 Avqust 2026 17:23

Qardaşını xilas etmək istəyərkən həyatını itirən Gülnaz Məmmədova son mənzilə yola salınıb.

Milli.Az xəbər verir ki, Samux rayonunu təmsil edən Gülnaz Məmmədova vağzalı sədaları altında dəfn olunub. Onun faciəli şəkildə həyatını itirməsi yaxınları və tanıyanları arasında böyük kədər yaradıb.

Qeyd edək ki, Gülnaz Məmmədova kikboksinq idmanı ilə məşğul olub. O, sonuncu dəfə Gəncədə keçirilən kikboksinq üzrə XXX Azərbaycan birinciliyində iştirak edərək qızıl medal qazanıb.

İdmanda uğurları ilə seçilən gənc idmançının faciəli ölümü sosial şəbəkələrdə də geniş müzakirə olunub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)