Əməkdar incəsənət xadiminin məzarı dağılmış vəziyyətdədir - (Foto)

17 Avqust 2026 16:37

Əməkdar incəsənət xadimi, görkəmli rəssam Cavad Mircavadovun baxımsız və dağılmış vəziyyətdədir.

Milli.Az xəbər verir ki,  1992-ci ildə vəfat edən mərhumun məzarından görüntüləri rəssam Milena Nəbiyeva sosial media hesabında yayıb:

"Ümid edirəm, böyük rəssamın məzarı aidiyyəti qurumlar, təşkilatlar tərəfindən nəzarətə götürülərək bərpa olunacaq. Sual oluna bilər ki, bəs, hanı Mircavadın ailəsi? Yoxdur ailəsi. Həyat yoldaşı Lyuba xanım bir neçə il əvvəl rəhmətə gedib. Yeganə oğlu, bildiyim qədərilə, Danimarkada yaşayır və ölkə ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Amma biz varıq. Ölkənin milli, mənəvi dəyərlərinə sahib çıxmağa gücümüz var" deyə, o, paylaşımında qeyd edib.

Nəbiyeva həmçini məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə və Azərbaycan Rəssamlar İttifaqına müraciət etdiyini də bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)