"Ən zəngin 100 türk"dən biri vəfat etdi

17 Avqust 2026 16:02

Türkiyənin qida sektorunun tanınmış iş adamlarından, "Kahve Dünyası"nın da daxil olduğu Altınmarka Qrupunun təsisçisi və İdarə Heyətinin sədri Birol Altınkılıç 66 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Altınkılıç ailəsi ilə birlikdə Fransanın Monako knyazlığının Monte Karlo şəhərində ad gününü qeyd edərkən infarkt keçirib. Hadisə nəticəsində iş adamı həyatını itirib.

Onun ölümü Türkiyənin iş dünyasında, xüsusilə qida sektorunda böyük kədər yaradıb.

Birol Altınkılıç Türkiyənin tanınmış yerli qəhvə şəbəkələrindən biri olan "Kahve Dünyası"nı qurmaqla yanaşı, kakao və sənaye şokoladı istehsalı sahəsində beynəlxalq miqyasda fəaliyyət göstərən Altınmarka Qrupunun da əsasını qoyub.

Qeyd edək ki, "Forbes Türkiyə"nin 2020-ci ildə açıqladığı "Ən varlı 100 türk" siyahısında Birol Altınkılıç 500 milyon dollarlıq sərvətlə 79-cu sırada yer alıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)