Türkiyə-Azərbaycan Universitetinin (TAU) 7 tələbəsi Türkiyədə istehsalat təcrübəsinə göndərilib.
Universitetin tədris proqramına əsasən, istehsalat təcrübəsi II kursun yay semestrində həyata keçirilir.
Akademik göstəriciləri və ümumi orta müvəffəqiyyət balı yüksək olan TAU-nun kompüter mühəndisliyi ixtisasının III kurs tələbələri Aytac Hüseynli, Humay Harunova, Fərhad Səfərli, Həsənbəy Həmidov, İbrahim Bayramov, Coşqun Qasımlı və II kurs tələbəsi Tuncay Qafarlı (əlavə olaraq, TÜBİTAK-ın layihəsində də çalışır) Orta Doğu Texniki Universitetində (ODTÜ) hazırda yay təcrübə proqramında iştirak edirlər.
Təcrübə proqramı çərçivəsində tələbələrin yol, yaşayış və digər xərcləri dövlət tərəfindən tam şəkildə maliyyələşdirilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)