Məşhur aktrisa 36 yaşında vəfat etdi - (Foto)

17 Avqust 2026 14:56

Hollivud aktrisası Hayden Panettyeri vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə aktrisanın atası məlumat yayıb.

ABŞ-li tanınmış aktrisa Hayden Panettyeri 36 yaşında ölüb.

Sənətçinin ölümünün səbəbləri barədə hələlik heç bir məlumat verilmir.

ABŞ-li sənətçi uzun müddət ağır çəkidə boks üzrə sabiq dünya çempionu Vladimir Kliçko ilə münasibətdə olub. Keçmiş cütlüyün hazırda 11 yaşı olan Kaya adlı bir qız övladı var.

Depressiya və digər psixi sağlamlıq problemlərindən əziyyət çəkdiyi üçün aktrisa 2018-ci ildə uşağın tam qəyyumluğunu Kliçkoya verib. Hazırda Kaya atası ilə birlikdə Avropada yaşayır.

Qeyd edək ki, H.Panettyeri "Scream", "Heroes", "Neşvill" ekran işlərində rol alıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)