"Faytonçu" Nazim görünüşünü dəyişdirdi - (Foto)

17 Avqust 2026 15:36

"Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişiyari görünüşündəki dəyişikliklə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bir müddət əvvəl saqqal saxlayaraq imicində dəyişiklik etmişdi. Bu dəfə isə onun saçlarının tökülməsi və xeyli çəki atması diqqət çəkib.

N. Pişiyari görüntüsünü sosial şəbəkədə paylaşıb. 

Qeyd edək ki, Nazim Pişiyari bir müddət əvvəl səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilmişdi. 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)