Prezident Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verdi

17 Avqust 2026 12:09

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

"general-leytenant" ali hərbi rütbəsi

general-mayor Babək Mürsəl oğlu Ələkbərova

general-mayor Aqşin Ramiz oğlu Məhərrəmova

general-mayor Faiq Həmzəağa oğlu Məmmədova

"general-mayor" ali hərbi rütbəsi

polkovnik Elfan Şakir oğlu Quliyevə

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)