Bakıda futbol oynayan gənc oğlan öldü

17 Avqust 2026 12:12

Binədə futbol oynayan 26 yaşlı oğlan ölüb.

Milli.Az Report-a istinadla xəbər verir ki, avqustun 16-sı saat 21 radələrində Binə qəsəbəsinin ərazisində yerləşən stadionda Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Xəyal Xaliq oğlu İbadov futbol oynayan zaman ürək çatışmazlığından ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)