Salyan rayonunda yerləşən şadlıq saraylarının birində yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunub.
Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub. Polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd edilən halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.
Planlaşdırılan toy məclisi isə təxirə salınıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)