"Arsenal" "Mançester Siti"ni darmadağın etdi

17 Avqust 2026 09:25

İngiltərədə yeni mövsüm öncəsi ənənəvi "Kamuniti Şild"in final matçı baş tutub.

Milli.Az xəbər verir ki, həlledici qarşılaşmada "Arsenal" və "Mançester Siti" üz-üzə gəlib.

Görüşə fəal başlayan "Arsenal" hesabı erkən açıb. Matçın ilk dəqiqəsində Rikkardo Kalaflyori fərqlənərək komandasını önə keçirib.

"Arsenal" bununla kifayətlənməyib. Az sonra Kai Havertz topu rəqib qapısından keçirərək hesab arasındakı fərqi iki topa çatdırıb.

İkinci hissədə də üstün oyun nümayiş etdirən London təmsilçisi daha bir dəfə fərqlənib. Martin Odeqardın vurduğu qol qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib - 3:0.

Beləliklə, "Arsenal" "Mançester Siti" üzərində inamlı qələbə qazanaraq "Kamuniti Şild" kubokuna sahib olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)