PSJ Superkubok matçında uduzdu

17 Avqust 2026 09:00

Fransanın "Pari Sen-Jermen" komandası Fransa Superkuboku uğrunda keçirilən oyunda "Lans"a 0:1 hesabı ilə məğlub olub.

Milli.Az Trend-ə istinadən bildirir ki,  qarşılaşma Lans şəhərində yerləşən "Bollar-Delelis" stadionunda keçirilib.

Qalib komandanın yeganə qolunu oyunun 32-ci dəqiqəsində Floryan Toven vurub.

39-cu dəqiqədə "Lans"ın müdafiəçisi İsmaelo Qaniu birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. PSJ-nin heyətində isə 87-ci dəqiqədə Nunu Mendeş qırmızı vərəqə ilə oyundan qovulub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)