Milli Qəhrəman Şükür Həmidovun qızının toyudur - (Video)

16 Avqust 2026 23:50

Milli Qəhrəman, şəhid Şükür Həmidovun qızı Əzizənin toyudur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Əzizə xanım Nicat adlı bəylə ailə qurur.

Qeyd edək ki, Şükür Həmidov Aprel döyüşlərində "Lələtəpə"nin alınması uğrunda gedən döyüşlərdə şücaət göstərib.

Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına (sağlığında) layiq görülüb.

Şükür Həmidov Vətən Müharibəsində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)