Yumşaq toyuq döş ətinin sirri qazlı su imiş

16 Avqust 2026 23:46

Qazlı su toyuq döş ətinin daha yumşaq olmasına kömək edir. İçindəki minerallar və qazlı quruluş ətin strukturunun bir qədər yumşalmasına töhfə verir. Xüsusilə toyuq döş əti kimi yağ nisbəti az olan ətlərdə bu üsul işə yarayır. Qazlı suda gözlədilən toyuq bişirildikdə daha asan çeynənilir. Lakin toyuğu çox uzun müddət qazlı suda saxlamaq onun strukturuna mənfi təsir göstərə bilər. Buna görə də qısmüddətli marinad prosesi daha məqsədəuyğundur.

Milli.Az xəbər verir ki, toyuq döş əti həddindən artıq bişirildikdə asanlıqla quruya bilər. Qazlı sudan istifadə etmək marinad zamanı ətin nəmini qorumağa kömək edir. Beləcə bişirmə başa çatdıqdan sonra daha şirəli və yumşaq nəticə əldə etmək olar. Xüsusilə yüksək odda bişirilən toyuqlarda bu fərq daha qabarıq ola bilər. Qazlı suyun yanında zeytun yağı və ədviyyat işlətmək ləzzəti artırır. Bununla belə, toyuğun həddindən artıq bişirilməməsi şirəli qalması baxımından ən vacib şərtdir.

Qazlı su tək başına güclü bir ətir vermir. Ona görə də toyuğun dadını əsas müəyyən edən vasitələr ədviyyatlar, yağ və digər marinad məhsullarıdır. Qazlı su istifadə olunan ədviyyatların ətə daha yaxşı nüfuz etməsinə kömək edə bilər. Kəklikotu, qara bibər, qırmızı toz bibər və sarımsaqla birlikdə gözəl bir marinad qarışığı hazırlamaq olar. Sadə qazlı sudan istifadə edildikdə isə nəticə daha neytral dada sahib olur. Daha qabarıq bir ləzzət üçün qazlı suyu ədviyyatlı marinadın tərkib hissəsi kimi istifadə etmək daha yaxşı olar.

Qazlı su ilə marinad edilmiş toyuq bişirilməzdən əvvəl artıq mayesindən süzülməlidir. Tavada həddindən artıq maye qalarsa, toyuq qızarmaq əvəzinə su buraxıb pörtləşə bilər. Gözəl bir qızartma əldə etmək üçün tavanı yaxşıca qızdırmaq vacibdir. Toyuq parçaları tavaya qoyulduqdan sonra tez-tez çevrilməməlidir. İçi tamamilə bişməsi üçün toyuq qalınlığına uyğun vaxt ərzində bişirilməlidir. Beləliklə, çölü gözəl qızarmış, içi isə yumşaq və şirəli bir toyuq əldə etmək olar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)