Samuxda qəza - Ata və oğlu xəsarət aldı

16 Avqust 2026 22:54

Samuxda yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.

İlkin məkumata görə, sürücü qarşısına çıxan maneədən qorunmaq məqsədilə idarəetməni itirib və avtomobil qəza törədib.

Nəticədə 1976-cı il təvəllüdlü Anar Quliyev və onun oğlu 2002-ci il təvəllüdlü Murad Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)