Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçin ilə münasibətlərindən danışıb.
Milli.Az xəbər verir ki, sənətçi bu barədə "Etiraf" verilişində qonaq olarkən söz açıb.
"Mən corab geyindirən xanım deyiləm. Daha çox sevgi görmək istəyirəm. Həyat yoldaşımın əli-ayağı var. Vaxtım yoxdur ki, corabını geyindirim. Xoşlayıram ki, sevgi və qayğı mənə göstərilsin. Özüm də qayğı göstərirəm, amma sevgi tələb edirəm" deyə, Xuraman bildirib.
Sənətçi həyat yoldaşının ona sənətlə ailəsi arasında seçim qoyacağı təqdirdə ailəsini seçəcəyini də vurğulayıb:
"Əgər həyat yoldaşım mənə sənətlə ailə arasında seçim qoysa, məni öldürmüş olar. Əlbəttə, ailəmi seçərəm. Amma belə bir hal yoxdur ki, mənə şərt qoysun".
Qeyd edək ki, Elçin və Xuraman cütlüyünün 4 uşağı var. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)