Muğanlı-İsmayıllı yolunda ağır qəza - Xəsarət alanlar var - (Video)

16 Avqust 2026 20:40

Muğanlı-İsmayıllı yolunda baş verən qəza ilə bağlı təfərrüat məlum olub.

Daxili İşlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə saat 15 radələrində qeydə alınıb.

Qeyd olunub ki, qəza zamanı "Toyota Prado" və "Toyota Prius" markalı minik avtomobilləri toqquşub. Nəticədə iki nəfər xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

-----------

Bakı-İsmayıllı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı iki minik avtomobili toqquşub.

Qəza nəticəsində avtomobillərdən birinin ön hissəsinə ciddi ziyan dəyib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)