Göylərmiş kartofdan istifadənin fəsadları açıqlandı

16 Avqust 2026 23:00

Göylərmiş, cücərmiş, bürüşmüş və ya yumşalmış kartofun qəbulu insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qastroenteroloq Yevgeni Belousov bu cür kartoflarda zəhərli solanin maddəsinin kəskin artdığını bildirib.

Solaninlə zəhərlənmə ağızda acılıq, ürəkbulanma, qusma, ağır hallarda isə başgicəllənmə və ürək ritminin pozulmasına səbəb olur.

Həkim vurğulayıb ki, solanin istiliyə dözümlü olduğu üçün kartofu qaynatmaq, qızartmaq və ya sobada bişirmək onun zəhərini məhv etmir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)