Bakıda 65 yaşlı kişi faciəvi şəkildə öldü

16 Avqust 2026 14:24

Bakıda 65 yaşlı kişi daş karxanasında bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az xəbər verir ki, Cəlilabad rayon sakini, 1961-ci il təvəllüdlü Rabil Zərbəliyev daş karxanalarının birində iş görərkən ehtiyatsızlıqdan ölüb.

İlkin məlumata görə, o mişardan aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)