Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko Bakıya gəlib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev sosial şəbəkədə paylaşım edib.
Paylaşımda "Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenkonu Bakıda qarşılamaqdan şərəf duyuram!" ifadəsi yer alıb.
Viktor Yuşşenko 2005-2010-cu illərdə Ukrayna prezidenti vəzifəsində çalışıb. Səfərin məqsədi ilə bağlı hələlik əlavə məlumat verilməyib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)