Kanalda batan 19 yaşlı qızın kimliyi məlum oldu

16 Avqust 2026 13:36

Beyləqanda Qarabağ kanalında batan şəxsin kimliyi məlum olub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, kanalda batan şəxs rayon sakini, 19 yaşlı Rəvanə Rəşad qızı Hümbətəliyevadır.

Axtarışlar nəticəsində R.Hümbətəliyevanın nəşi batdığı yerdən bir neçə kilometr aralıda, rayonun Kürdlər kəndi ərazisində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Onun hansı şəraitdə suya düşməsi hələlik məlum deyil.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)